Rusiya: “Nüvə sınaqlarının dayandırılması ilə bağlı razılaşmaya əməl etməyə davam edəcəyikbackend

Rusiya: “Nüvə sınaqlarının dayandırılması ilə bağlı razılaşmaya əməl etməyə davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nüvə Sınaqlarının Əhatəli Qadağası Müqaviləsinin (CTBT) təsdiqinin ləğv edilməsinə baxmayaraq Rusiya bu müqaviləni imzalayan və bu müqavilədə nəzərdə tutulan bütün hüquq və öhdəliklərə malik olan ölkə olaraq qalır.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiya ondan irəli gələn bütün hüquq və öhdəliklərlə birlikdə CTBT-nin imzaçısı olaraq qalır. Biz CTBT Təşkilatının Hazırlıq Komissiyasının işində iştirak etməyə davam edirik. 30 ildən çox əvvəl həyata keçirilən nüvə sınaqlarının dayandırılması haqqında sazişə əməl etməyi davam etdirməyi planlaşdırırıq”,-deyə bildirilir.

Bəyanatda ABŞ-ın Nevada ştatında nüvə sınaqları keçirməsinin Rusiyanı da eyni şəkildə cavab verməyə məcbur edəcəyi qeyd edilib.

//Gülnarə Abasova, Editor.az