Rusiya nüvə zərbəsi endirəcək, əgər…backend

Rusiya nüvə zərbəsi endirəcək, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Ölkənin mövcudluğuna real təhlükə yaranarsa, Rusiya nüvə silahından ilk istifadə edə bilər”.

Editor.az xəbər verir ki, bu sözləri URA.RU təbliğat resursuna müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov deyib. “Rusiya ilk nüvə zərbəsini endirəcək, əgər Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa”, – deyə Juravlyov bildirib. O, həmçinin ABŞ-a qarşı sərt ittihamlar səsləndirərək, onların III Dünya Müharibəsinin başlaması üçün “hər şeyi etdiklərini” iddia edib.

“Onlar yenə də nüvə zərbələrinə səbəb olmamağa çalışacaqlar, lakin bütün Avropanı Rusiya ilə münaqişəyə cəlb etməyə, Asiyada vəziyyəti alovlandırmağa çalışacaqlar”, – Rusiyanın Dövlət Dumasının deputatı belə deyib.