Rusiya od içindəbackend

Rusiya od içində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnodar diyarında başlanan irimiqyaslı yanğınlar yaşayış binalarına keçib.

Editor.az-ın xəbərinə görə, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb. Mayın 7-də 16 yaşayış məntəqəsində yanğınlar qeydə alınıb. Yerli istintaq orqanları artıq bir sıra cinayət işi açıblar. Bütün bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib, aktiv yanğınlar qeydə alınan ərazilərdə insanlar təxliyə olunur. Toz fırtınalarına səbəb olan və yanğınların yayılmasına səbəb olan qasırğa getdikcə güclənir və sürəti bəzi ərazilərdə 40 m/s-ə çatır. Belə hava şəraitnini mayın 8-də gün ərzində davam edəcəyi bildirilir. Yenilənmiş məlumatlara əsasən, mayın 8-də səhər saatlarında yanğınlar nəticəsində xəsarət alanların sayı 19 nəfərə (onlardan 6-sı xilasedicilərdir) çatıb,7 nəfər ölüb. 518 ev, 309 tikili, 61 avtomobil külə dönüb.

Editor.az