Rusiya od içindəbackend

Rusiya od içində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri altı bölgə üzərində pilotsuz təyyarənin hücumunu dəf edib.

PUA-lar Adıgey, Kuban, Bryansk, Rostov, Belqorod və Oryol vilayətləri üzərində vurulub. Adıgeydə neft anbarı yanıb, Krasnodar diyarında qadın ölüb. Müdafiə Nazirliyinin Teleqram mesajında deyilir ki, altı PUA Adıgey üzərində, üçü Bryansk vilayəti və Krasnodar diyarı üzərində, Rostov, Belqorod və Oryol vilayətləri üzərində isə hər birində bir olmaqla məhv edilib və ya ələ keçirilib.

Qubernator Murat Kumpilov Telegram-da Taxtamukay rayonunun Enem kəndindəki neft bazasında baş verən yanğınla bağlı məlumat yayıb. Yanğın səhər saat altıda tamamilə söndürülüb. Yanğın sahəsi 400 kvadratmetrə yaxın olub. Heç kim xəsarət almayıb, sakinlər üçün təhlükə yoxdur. Krasnodar diyarında Slavyansk-na-Kubane də hücum nəticəsində şəxsi ev tamamilə dağılıb, – qubernator Veniamin Kondratyev bildirib.

Bir sakin dünyasını dəyişib. Rayon rəhbəri mərhumun ailəsinə yardım göstərilməsini tapşırıb. Bryansk vilayətində hücum nəticəsində heç kim xəsarət almayıb, dağıntı olmayıb, – qubernator Aleksandr Boqomaz bildirib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov regionda raket təhlükəsi barədə məlumat verib və həyacan siqnalı saat 4:37-də ləğv edilib. Bir gün əvvəl, iyunun 19-da Belqorod vilayətində 3 nəfər yaralanıb. Oryol vilayətində baş verən hücumun nəticələribarədə məlumat verilmir.

//Samir Qurbanov, Editor.az