“Taxıl məsələsi ilə bağlı razılaşma olacaq və bunun baş tutması hər iki tərəfdən aslıdır.İndiki vəziyyətdə Rusiya üçün ən önəmlisi təsir mexanizmlərini əlində cəmləşdirməsidir.
Bu fikirləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.
Analitikin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, taxıl koridoru ilə bağlı Ukraynaya görə narahat olanlar taxıl ixracındakı payına diqqət etsinlər:
“Bu pay da cəmi 3 faizə bərabərdir. Bu isə o deməkdir ki, hazırda üçüncü dünya ölkələrinin taleyi Rusiyanın əlindədir. Rəsmi Moskva indiki vəziyyətdə ya Afrikada olduğu kimi hakimiyyətləri dəyişdirir, ya da qida üzərindən özündən aslı vəziyyətə salır. Rusiya ona sərfəli olan Taxıl Sazişi istəyir. Sərfəli Taxıl Müqaviləsində isə Moskva üçün önəmli olan əsas məsələlər ona güzəştlərin edilməsi və danışıqlar prosesi zamanı müəyyən dividentlər əldə etməsidir”.
//Gülnarə Abasova, Editor.az