Rusiya onu Qarabağda sülhməramlı qüvvələrinin komandanı vəzifəsinə gətirir- AÇIQLAMAbackend

Rusiya onu Qarabağda sülhməramlı qüvvələrinin komandanı vəzifəsinə gətirir- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı qüvvələrinin Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdəki fəaliyyəti Azərbaycanın suverenliyini təhdid etməsi ilə yanaşı, Kreml buradan Qarabağa tam nəzarət etmək üçün siyasi təzyiqləri artırır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Rusiya Qarabağda məhz prosesi böhrana yuvarlamaq üçün, separatçılara tam dəstəyi ifadə etmək üçün Gürcüstanın Abxaziya regionunda hərbi qüvvələrinin komandanını Qarabağda sülhməramlı qüvvələrinin komandanı vəzifəsinə gətirir:

“Bundan sonrakı proseslərdə  sülhməramlı qüvvələrinin fəaliyyətində təxribatların genişlənəcəyini görəcəyik. Bəzən bunu Rusiya tərəfi komandanın “öz fəaliyyəti” kimi qiymətləndirəcək”.

Politoloqun sözlərinə görə Rusiyanın artan siyasi-hərbi təzyiqlərinin qarşısını almaq və Laçın dəhlizinə nəzarət etmək üçün təzyiqləri artırmaq məqsədilə Türkiyə ordusu ilə Laçında hərbi taktiki təlimlərin keçirilməsi doğru strateji addımdır:

“Artıq Türkiyənin hərbi bazasının yaxın vaxtlarda Laçında və yaxud Kəlbəcərdə qurulmasının şahidi ola bilərik. Türkiyə hərbi bazasının Laçın və Kəlbəcərdə olması Rusiya və Ermənitanın təxribatlarının qarşısını alacaq. Bundan əlavə, Zəngəzurda Rusiyanın 102-ci bazasının hərbi bölməsinin qurulmasına cavabdır”.

//Gülnarə Abasova, Editor.az