Rusiya ordusu Donetsk və Luqanskda 6437 hektar mina sahəsini təmizləyib.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev deyib.
“Rusiya Silahlı Qüvvələrinin və Rusiya Fövqəladə Hallar Nazirliyinin minalardan təmizləmə bölmələri Donetsk və Luqansk Xalq Respublikaları bölgəsini partlayıcı, silahlardan, maddələrdən təmizləmək üçün tapşırıqları yerinə yetirir”,- deyə o, bildirib.
//Gülnarə Abasova, Editor.az

