Rusiya ordusu Azərbaycanla sərhəddə nəyin hazırlığını görür? – ŞƏRHbackend

Rusiya ordusu Azərbaycanla sərhəddə nəyin hazırlığını görür? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçtərəfli bəyanatlardan sonra və ən əsası o bəyanatlarda əks olunmayan, amma 10 noyabr tarixindən bu yana ehtimal olunan məsələlərdən biri Ermənistan-Azərbaycan sərhəddinin müəyyən olunması, demarkasiyasi və delimitasiyası prosesisidir”. 

Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Rusiya hazırlıq infrastruktr işlərini ona gör həyata keçirir ki, Ermənistanla Azərbaycan arasında razılaşma əldə olunan zaman artıq hazır infrastrukturla orada dərhal öz funksiyalarını yerinə yetirməyə başlasın:

“Bu sərhəd şərti olaraq 3 hissəyə bölünür. İki hissəsi artıq bir neçə illər ərzində formalaşmış cəbhə xəttidir. Bu, Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistanla və şimal tərəfdən Ermənistanın Tavuş, bizim Tovuz-Qazax rayonları istiqamətində yerləşir. Yeni yaranmış sərhəd isə artıq azad olunmuş ərazilərdən Ermənistanla sərhəd olan ərazilərdir. İlkin mərhələdə hər hansısa problem yaşanmadı, hətta elə çətin yer var idi ki, – Gorusdan Qarafana gedən yol da məhz Azərbaycan ərazisinə daxil idi və Rusiya hərbiçiləri orada da öz blokpostlarını qurublar. Amma məhz Kəlbəcər, Laçın istiqamətində müəyyən problemlər yaranmışdı, çünki faktlarla çıxış edən Azərbaycandan fərqli olaraq Ermənistan sərhəd məsələsində iddialarla çıxış edirdi. Azərbaycan da Ermənistan tərəfindən konstruktiv addım olmadığı üçün bitərəfli qaydada öz sərhəddini özü müəyyənləşdirdi. Ermənistandakı Rusiya səfiri də qeyd edirdi ki, bu prosesdə Rusiya iştirak etməli idi və edir. Yəni artıq razılaşdırılmış sərhədlərdə Rusiya hərbiçiləri öz mövqelərini tutub, necə ki, Gorus-Qafan istiqamətində bu belədir. Amma razılaşdırılmamış istiqamətlərdə Rusiya sərhədçiləri dayanmaq istəmirlər və bunu da Paşinyanın Rusiyaya dəfələrlə müraciətinə baxmayaraq Rusiya prezidentinin mətbuat xidmətinin PEskov da iki dəfə qeyd edib ki, Rusiya sərhədçilərinin o ərazilərdə yerləşdirilməsi hələ ki, müzakirə edilmir. Paşinyan istəyir ki, indiki o böhranlı vəziyyətdən istifadə edərək bunu həyata keçirsin, amma Rusiya bunu etməlidir. Və böyük ehtimalla Rusiya hazırlıq infrastruktr işlərini həyata keçirməyə başlayıb ki, Ermənistanla Azərbaycan arasında razılaşma əldə olunan zaman artıq hazır infrastrukturla orada dərhal öz funksiyalarını yerinə yetirməyə başlasınlar.

Demorkasiya və delimitasiya prosesi sülh müqaviləsiz də ola bilər və bunu Paşinyan Makronla telefon danışığında da bildirib. Sülh müqaviləsinin bu proseslə bir bağlılığı yoxdur. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, əvvəl biz sülh müqaviləsi imzalayırıq, qarşılıqlı olaraq ərazi bütövlüyümüzü tanıyırıq, daha sonra demorkasiya, delimitasiya proseslərini həyata keçiririk. Bax, bu məsələdə indi proseslər dirənibdir. Ermənistanda da artıq hakimiyyət formalaşıbdır, hökümət parlamentə tam nəzarət edir, Paşinyan legitim hakimiyyətdədir və qəbul olunmuş üçtərəfli qərarları icra etmək vaxtıdır. Məhz bunu nəzərə alaraq Rusiya da öz infrastrukturunu qurmaq qərarına gəlib ki, lazımı vaxta istifadə edə bilsinlər. İndi nə vaxt Azərbaycan ilə Ermənistan arasında bu ziddiyətlər həll olunacaqdır, onu yaxın həftələrdə, aylarda görəcəyik. Amma Rusiya öz hazırlıq işlərini aparır”.

Qeyd edək ki, Ermənistan MN bildirib ki, Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd Tavuş bölgəsinə yerləşdirilib. Orada bərkitmə-istehkam işləri görülür. Bu məqamda hər kəsi düşündürən sual rusların niyə Qeğarkunik ilə Kəlbəcər sərhəddinə deyil, Qazax ilə Tavuş bölgəsi arasında yer alması məsələsidir.