Rusiya ordusu Baxmutda təşəbbüsü itiribbackend

Rusiya ordusu Baxmutda təşəbbüsü itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində məhdud əks-hücumları fonunda rus işğalçıları cəbhənin bu sektorunda təşəbbüsü itirirlər.

Editor.az bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu qeyd edir. Analitiklər qeyd ediblər ki, hazırda Ukrayna qüvvələrinin uğurları həm Ukrayna Müdafiə Nazirliyində, həm də Rusiya Müdafiə Nazirliyində təsdiqlənir. İnstitut, Rusiya Müdafiə Nazirliyinə istinadən, Ukrayna Silahlı Qüvvələrinin Boqdanovka (Baxmutdan 5 km şimal-qərb) və İvanovski (Baxmutun qərbindən 6 km) bölgələrində irəliləməsi haqqında yazıb.

Eyni zamanda, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin isə Rusiya ordusunun “yeni ərazilər ələ keçirdiyini” iddia edən Müdafiə Naziri Şoyqunu tənqid edib. O, bu cür bəyanatları “geri çəkilməni yeni mövqelərin ələ keçirilməsi kimi” təqdim edilən yanlış fikirlər” adlandırıb. Ekspertlər qeyd edirlər ki, Ukraynanın əks-hücumları məhdud olsa da, işğalçılar artıq bu mərhələdə döyüş meydanında təşəbbüsü itirməyə başlayıblar.

  //Samir Qurbanov,Editor.az