Rusiya ordusu beş əsas istiqamətdə hücuma keməyə hazırlaşırbackend

Rusiya ordusu beş əsas istiqamətdə hücuma keməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu əsas səylərini Kupyanski, Liman, Baxmut, Avdeyevski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləşdirir.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook-da axşam xülasəsində deyilir. Qərargahın məlumatına görə, Volın, Polesski, Severski və Slobojanski istiqamətlərində düşmənin hücum qruplarının formalaşması əlamətləri aşkar edilməyib. Həmçinin bildirilir ki, çərşənbə axşamı, fevralın 21-də düşmən 30-dan çox reaktiv yaylım atəşi açılıb.

Sumı, Çerniqov və Xarkov vilayətlərinin 20-dən çox yaşayış məntəqəsi atəşə məruz qalıb. Bundan başqa, Kupyans, Limans, Baxmut, Avdeyevski, Şaxtyor, Zaporojye və Xerson istiqamətlərində çoxlu sayda yaşayış məntəqəsi rusların atəşi altına düşüb. Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası bir gündə işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 4 zərbə endirib.

//Samir Qurbanov,Editor.az