Rusiya ordusu çökür, Medvedyev isə öz ampulasındadırbackend

Rusiya ordusu çökür, Medvedyev isə öz ampulasındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini D.Medvedyev Ukrayna liderinin haqqında danışdığı “ultimatumları” “uşaq əyləncəsi” adlandıraraq, Moskvanın Kiyev rejiminin “tam kapitulyasiyası” ilə bağlı tələblərinə işarə edib.

Bu barədə Editor.az Rusiya mənbələrinə istinadən məlumat verir. “Hansısa Zelenski deyib ki, “ultimatumlar” irəli sürənlərlə dialoqa getməyəcək. Hazırkı “ultimatumlar” Rusiyanın gələcəkdə irəli sürüləcək tələblərinin fonunda “uşaq əyləncəsinə” bənzəyir. Və onlar da bunu bilirlər. Yəni Kiyev rejiminin Rusiyanın şərtləri ilə total kapitulyasiyası!” – Medvedyev yazıb. Xatırladaq ki, bir müddət əvvəl Zelenski Moskva ilə danışıqlara hazır olmadığını, bu səbəbdən sona qədər mübarizə aparacaqlarını, sülh razılaşmasının yalnız Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsindən sonra mümkün olacağını bildirmişdi.

   //Samir,Editor.az