Rusiya ordusu dünyanın ən güclüsüdür – “U.S. News and World Report” analitik jurnalıbackend

Rusiya ordusu dünyanın ən güclüsüdür – “U.S. News and World Report” analitik jurnalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “U.S. News and World Report” analitik jurnalının məlumatına görə, Rusiya ordusu dünyanın ən güclü silahlı qüvvələrinin reytinqinə başçılıq edir.

Rusiya hərbçiləri Ukrayna ilə müharibə zamanı zamanı əldə etdikləri təcrübəyə, silahların modernləşdirilməsi və şəxsi heyətin hazırlığı sayəsinə görə birinci yeri tutublar. İlk üçlüyü ABŞ və İsrail orduları tamamlayıb.

Reytinqdə dördüncü və beşinci yerləri Çin və Cənubi Koreyanın silahlı qüvvələri tutub. Daha sonra amerikalı hərbi ekspertlər İran, Britaniya, Ukrayna, Almaniya və Türkiyə ordularını sıralayıblar. Silahlı qüvvələrin vəziyyətinin qiymətləndirilməsi “US News”a görə ən yaxşı ölkələrin reytinqinin hissələrindən biridir. Bu siyahıda Rusiya Misir və Polşa arasında 36-cı yerdədir. İlk üç yeri İsveçrə, Yaponiya və ABŞ tutur.
Reytinq dünya üzrə 17 mindən çox insan arasında aparılan sorğu əsasında, eləcə də təkcə böyüklüyünü və hərbi gücünü deyil, həm də ölkənin hərbi imkanlarına təsir edən digər atributları qiymətləndirən ekspertlərin köməyi ilə hazırlanıb.

//Samir Qurbanov, Editor.az