Rusiya ordusu ilə qondarma “Donetsk Xalq Respublikası”nın silahlıları arasında münaqişə dərinləşirbackend

Rusiya ordusu ilə qondarma “Donetsk Xalq Respublikası”nın silahlıları arasında münaqişə dərinləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın nizami qüvvələri ilə qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) qeyri-müntəzəm birləşmələri arasında münaqişə dərinləşir.

Editor.az bildirir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri vurğulayırlar. Onların fikrincə, 37-ci motoatıcı briqadanın (36-cı Əlahiddə Ümumqoşun Ordusu, Şərq Hərbi Dairəsi) tərkibində döyüşən rus hərbi komandirlərindən biri rus ordusunun nizami birləşmələrinin cəbhə xəttinin xeyli arxasında mövqe tutduqlarına görə “DXR” hissələrini ələ salıb.

O, həmçinin bildirib ki, “DXR” bölmələri aşağı səviyyədə ixtisasa malikdir və nizami rus qoşunları onlara etibar etmir. “Hərbi müxbirin DXR qüvvələrinə qarşı irəli sürdüyü bu iddialar onu göstərir ki, qondarma “DXR” qüvvələri ilə nizami Rusiya qüvvələri arasında gərginlik davam edir və bu, davam edən hərbi islahatlar çərçivəsində “DXR” qüvvələrinin Rusiyanın nizami silahlı qüvvələrinə inteqrasiyası səylərini daha da çətinləşdirə bilər”, – analitiklər qeyd edib.

//Samir Qurbanov, Editor.az