Rusiya ordusu “İskəndər-M” ballistik raketi və “Şahed”lərlə Ukraynanı vurdubackend

Rusiya ordusu “İskəndər-M” ballistik raketi və “Şahed”lərlə Ukraynanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 8-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə “İskəndər-M” ballistik raketi, həmçinin 46 “Şahed” pilotsuz uçan aparatı və digər tipli pilotsuz təyyarələrin imitasiyasını həyata keçirib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb. İşğalçıların raketi Kursk vilayətindən, pilotsuz təyyarələr isə Rusiya Federasiyasının Krasnodar vilayətindən buraxılıb. Saat 8:00-a olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və mobil atəş qrupları doqquz pilotsuz uçan aparatını zərərsizləşdirib, daha 31 PUA mənfi nəticə vermədən kursdan çıxarılıb (yeri itirilib).

Xəbərdə deyilir ki, Ukraynanın şərqində və şimalında hava hücumundan müdafiə sistemi fəaliyyət göstərib. Üç rayon Rusiyanın atəşindən zərər çəkib: Dnepropetrovsk, Donetsk və Xarkov.

//Samir Qurbanov, Editor.az