Ukraynanın Jitomir şəhərində martın 1-də axşam saatlarında Rusiya Silahlı Qüvvələri tərəfindən 95-ci hava hücumu briqadasının bazasına hava zərbələri endirilib.
Editor.az “Unian”a istinadən xəbər verir ki, bununla bağlı videolar internetdə yayılıb.
Ukrayna Silahlı Qüvvələrinin 95-ci briqadasının bazasına edilən hücum zamanı yaşayış binaları da ciddi zərər çəkib. Qurbanların sayı hələlik məlum deyil.
İlkin məlumatlara görə, zərbə “Kalibr” qanadlı raketi ilə endirilib. Ərazidə xilasedicilər işləyir.
//Gülnarə Abasova, Editor.az

