Rusiya ordusu Kiyevə raket zərbəsi endiribbackend

Rusiya ordusu Kiyevə raket zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Kiyevin Şevçenko rayonuna raket zərbəsi endirib. İlkin məlumatlara görə, dağıntılar və qurbanlar var.

Editor.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iyunun 26-da saat 06:29-da sözügedən ünvanda 9 mərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə xilasedicilərə siqnal daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürmə və xilasedicilər gəlib. Müəyyən edilib ki, düşmənin atəşə tutması nəticəsində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib, 7, 8 və 9-cu mərtəbələr qismən dağılıb. Yanğın sahəsi 300 kv. m. sahəni əhatə edib. “Hazırda yanğının söndürülməsi və insanların xilas edilməsi istiqamətində tədbirlər görülür. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerinə 19 yanğınsöndürmə texnikası və 67 canlı qüvvə cəlb olunub”, – məlumatda deyilir.

  Editor.az