Rusiya Poltava vilayətində Kremençuqa raket zərbələri endirib. İlkin məlumata görə, ölən və yaralılar var.
Editor.az bildirir ki, bu barədə Poltava Regional Administrasiyasının rəhbəri Dmitri Lunin Telegram-da yazıb. “Düşmən Kremençuqa raket hücumu etdi.
Bir raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldu. Təəssüf ki, mülki infrastruktura zərbə endirildi. İlkin məlumata görə, ölən və yaralananlar var”.
Lunin əlavə edib ki, bütün müvafiq xidmətlər yerində işləyir. Bir qədər sonra Lunin aydınlaşdırıb ki, bir uşaq da daxil olmaqla 15 nəfər yaralanıb. Daha bir nəfər isə ölüb.
//Samir Qurbanov, Editor.az