Rusiya ordusu Mariupola hücum edib, Xarkovu atəşə tutub – Baş Qərargahbackend

Rusiya ordusu Mariupola hücum edib, Xarkovu atəşə tutub – Baş Qərargah

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya hərbçiləri şəhərin mərkəzi hissəsinə nəzarəti ələ keçirmək üçün Mariupolun müdafiəsini yarmağa çalışır”.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bazar günü, aprelin 10-na olan səhər xülasəsində deyilir:

“Düşmən Ukrayna Silahlı Qüvvələrinin İzyum vilayətindəki bölmələrinin müdafiəsini yarmağa və Mariupol üzərində tam nəzarəti bərqərar etməyə çalışır. Həmçinin, Rusiya ordusu Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa cəhdlər edirlər”.