Rusiya ordusu Maryinkanı tamamilə ələ keçirib? – VİDEObackend

Rusiya ordusu Maryinkanı tamamilə ələ keçirib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Donetsk yaxınlığında yerləşən Maryinka şəhərini tamamilə ələ keçiriblər.

Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Lakin Ukrayna tərəfi Şoyqunun dediklərini təkzib edib.

“Maryinka uğrunda döyüşlər davam edir, şəhərin tam ələ keçirilməsindən danışmaq düzgün deyil”, – deyə Tavrid Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri, polkovnik Aleksandr Ştupun deyib.

O qeyd edib ki, Maryinka tamamilə dağıdılıb və xarabalığa çevrilib:

“Rusiya ordusu müharibə başlayandan bu kiçik şəhəri ələ keçirməyə çalışır”.

Xatırladaq ki, şəhər uğrunda fəal döyüşlər ötən ilin mart ayında başlayıb. 13,7 kvadrat kilometr ərazisi olan yaşayış məntəqəsində 2014-cü ilə qədər 10 minə yaxın əhali yaşayırdı. Lakin on aydır bombalanan şəhər hazırda yerlə-yeksan olub.