Rusiya ordusu pilotsuz təyyarələrlə Kiyev vilayətinə növbəti dəfə hücum edibbackend

Rusiya ordusu pilotsuz təyyarələrlə Kiyev vilayətinə növbəti dəfə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 9-na keçən gecə Rusiya ordusu pilotsuz təyyarələrlə Kiyev vilayətinə hücum edib.

Editor.az bildirir ki, bu barədə regional hərbi administrasiya Telegram-da məlumat yayıb. Adminstrasiyanın rəhbəri Sergey Popkonun sözlərinə görə, “Şahed” tipli PUA-lar Rusiya Federasiyasının Kursk vilayətinin ərazisindən buraxılıb və gecə yarısından sonra bir neçə dalğa ilə daxil olub.

Hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə Kiyevi təhdid edən bütün Rusiya hücum təyyarələri paytaxta yaxınlaşarkən məhv edilib (Dronların dəqiq sayı və növü Hərbi Hava Qüvvələri tərəfindən açıqlanacaq), – deyə məlumatda bildirilir. İlkin məlumata görə, paytaxtda tələfat və dağıntı yoxdur.

//Samir Qurbanov, Editor.az