Rusiya ordusu raket və pilotsuz təyyarələrlə hücum etdi: 40 rus dronu vuruldubackend

Rusiya ordusu raket və pilotsuz təyyarələrlə hücum etdi: 40 rus dronu vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 24-də gecə və səhər Rusiya ordusu Ukraynaya raket və pilotsuz təyyarələrlə hücum edib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri məlumat verib. Məlumata görə, işğalçılar iki “Kh-22” kruiz raketi, iki idarə olunan “Kh-59” aviaraketi, habelə 50 «Shahed» tipli təyyarə və digər tipli IHA buraxıblar. Rusiya Federasiyası Qara dəniz üzərində, işğal olunmuş Krımdan, eləcə də Kursk, Bryansk və Orel vilayətlərindən təyyarələrdən atəş açıb.

USQ Rusiya raketlərinin hədəflərinə çatmadığını bildirib. Səhər verilən məlumata görə, Odessa, Nikolayev, Dnepropetrovsk, Vinnitsa, Jitomir, Xmelnitski, Çerkas, Kirovoqrad, Kiyev, Poltava və Çerniqov vilayətlərində 40 rus dronunun vurulması təsdiqlənib. Yeddi pilotsuz pilotsuz təyyarənin lokalizasiyası itirilib. Silahlı Qüvvələrdə bildirilib ki, məlumatın dərc edilməsi zamanı onlardan biri Ukraynanın hava məkanında olub, daha ikisi Rusiya və Belarusiya istiqamətində qayıdıb

//Samir Qurbanov, Editor.az