Rusiya Federasiyasının ordusu Kursk vilayəti ərazisində Sumı istiqamətində kifayət qədər qüvvə toplayıb.
Bunu telemarafonun efirində Ukrayna Dövlət Sərhəd Xidmətinin (GBSU) mətbuat katibi Andrey Demçenko deyib: “Düşmən Kursk vilayəti daxilində şəxsi heyət və texnika baxımından kifayət qədər böyük qüvvə və resurslara malikdir”, – Demçenko bildirib. Onun sözlərinə görə, düşmən qüvvələri Ukrayna Silahlı Qüvvələrinin bölmələrini Kursk vilayətindən geri çəkməyə hazırlaşarkən cəmləşməyə başlayıb.
Periyodik olaraq rusların canlı qüvvəsi və silahlarının sayında dəyişiklik olur. “Düşmənin orada bizim sərhədimizə qarşı əməliyyatlar keçirmək, faktiki olaraq Ukrayna ərazisinə hücuma cəhd etmək üçün kifayət qədər qüvvəsi var”, – Demçenko bildirib.
//Samir Qurbanov, Editor.az