Rusiya ordusu Ukrayna ərazilərinin işğalını sürətləndirib – Britaniya kəşfiyyatıbackend

Rusiya ordusu Ukrayna ərazilərinin işğalını sürətləndirib – Britaniya kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki ay ərzində Rusiya işğalçı qüvvələri Ukrayna ərazilərinin ələ keçirilməsi tempini artırıb. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi özünün X sosial şəbəkə hesabında məlumat yayıb.

“Rusiya qüvvələri 2025-ci ilin may və iyun aylarında əraziləri ələ keçirmə tempini sürətləndirib”, – deyə kəşfiyyat məlumatında bildirilir.

Kəşfiyyatın qiymətləndirməsinə görə, təkcə iyun ayında Rusiya quru qoşunlarının təxminən 550-600 kvadrat kilometr Ukrayna ərazisini nəzarətə götürdüyü ehtimal edilir. Bu müddətdə işğalçılar gündə orta hesabla 18-20 kvadrat kilometr irəliləyiblər.

//Samir Qurbanov, Editor.az