Rusiya Federasiyasının hərbçiləri Ukraynaya 60-a yaxın Şimali Koreya ballistik raketi atıblar.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak dekabrın 1-də dərc olunmuş “Donbass Realii” şərhində bildirib. Onun sözlərinə görə, Rusiya raketləri ilə Şimali Koreya raketləri arasında fərqlər var. “Onların dəqiqliyi, prinsipcə, o qədər də yüksək deyil” deyə, Çernyak qeyd edib. Eyni zamanda, o, raketlərin hələ də böyük təhlükə yaratdığını vurğulayıb.
Bundan əlavə, kəşfiyyatçı Pxenyanın Moskvanı milyonlarla artilleriya sursatı ilə təmin edə biləcəyini ehtimal edir. “Biz davamlı olaraq yüklərin və konteynerlərin hərəkətini müşahidə edirik, istisna etmirik ki, Şimali Koreyanın istehsal etdiyi artilleriya sursatları artıq onun anbarlarındadır”.
//Samir Qurbanov, Editor.az