Rusiya ordusu Ukrayna ərazisinə 7400-ə yaxın müxtəlif tipli raketlər atıbbackend

Rusiya ordusu Ukrayna ərazisinə 7400-ə yaxın müxtəlif tipli raketlər atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il fevralın 24-dən Rusiya ordusu Ukrayna ərazisinə 7400-ə yaxın müxtəlif tipli raketlər atıb.

Editor.az xəbər verir ki, bu barədə dekabrın 21-də Rada telekanalının YouTube-da yayımladığı telemarafonda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat məlumat verib.

“Tam miqyaslı işğalın əvvəlindən Rusiya işğalçı ordusu tərəfindən müxtəlif tipli 7400 raket buraxılıb. Onlardan 1600-ə yaxını məhv edilib”, – deyə Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.

İqnat vurğulayıb ki, 7400 rəqəmində Ukraynanın hava hücumundan müdafiəsi üçün çətin hədəflər olan bütün S-300 və S-400 raketlərini (Ukrayna Silahlı Qüvvələrinə görə, ümumi sayın təxminən üçdə biri), o cümlədən Kh-22 və ballistik raketlər və qalanları nəzərə alınıb. O əlavə edib ki, işğalçılar təkcə 900-ə yaxın “İsgəndər-M” ballistik raketi Ukrayna ərazisinə atıblar.

//Samir Qurbanov, Editor.az