Sentyabrın 26-da rus ordusu Ukraynanı “Kinjal” aeroballistik raketlərlə atəşə tutublar.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram-da məlumat verib.
Ukrayna Silahlı Qüvvələri qeyd edib ki, səmada “Kinjal”ları buraxa bilən ümumilikdə dörd MiQ-31K qırıcısı qeydə alınıb. Ukrayna hərbçiləri xəbərdarlıq edib ki, “Kinjal”lardan istifadə təhlükəsi yaranarsa, onlar hava hücumu siqnalına tez reaksiya verməlidirlər.
//Samir Qurbanov, Editor.az