Rusiya Federasiyasının qoşunları Kursk vilayətində Ukraynanın hücumlarını dəf edə bilmir.
Editor.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Qeyd olunur ki, çərşənbə axşamı əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələri Rusiyanın 30 km dərinliyinə qədər irəliləyib.
Ukraynalılar Rusiya sərhədindən çox da uzaq olmayan Kursk vilayətinin Sudja kəndini ələ keçiriblər. “Biz daha dərinə gedirik” deyən ukraynalı əsgər Denis, Rusiyanın əlavə qüvvələr gətirməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin üstünlüyünə malik olduğunu bildirib.
Başqa bir əsgər Konstantin, sürpriz əməliyyatın erkən uğurunun “həqiqətən də əhvalı yüksəltdiyini” söyləyib. Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, əməliyyatın təfərrüatları hələ açıqlanmayıb, çünki Ukrayna Silahlı Qüvvələri “hələ də hər şeyin necə inkişaf edəcəyini gözləyirlər”.
//Samir Qurbanov, Editor.az