Rusiya ordusu Uman şəhərinə raket zərbəsi endiribbackend

Rusiya ordusu Uman şəhərinə raket zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Çerkask bölgəsindəki Uman şəhərinə raket zərbəsi endirib. Altı nəfər yaralanıb.

Bu barədə Çerkask Regional Hərbi Administrasiyasının rəhbəri İqor Taburets Telegram-da məlumat verib. Onun sözlərinə görə, zərbə günorta saatlarında baş verib: “Hazırda iki uşaq da daxil olmaqla altı yaralı var. Hər kəs lazımi yardımı alır”, – Taburets deyib.

Regional hərbi administrasiyanın rəhbəri həmçinin yaşayış infrastrukturuna ziyan dəydiyini əlavə edib. Hadisə yerində bütün zəruri xidmətlər işləyir.

Uman meri İrina Pletneva zərərin mahiyyətini izah edib: “Bu gün düşmən qonşumuzdan bir daha “salam” aldıq… Şəhərdə bir küçədə çox sayda yaşayış binasına ziyan dəyib. Damlar zədələnib, pəncərələr və qapılar sındırılıb…” o qeyd edib.

Mer vurğulayıb ki, bütün xidmətlər gücləndirilmiş iş rejimində işləyir və düşmən tərəfindən zərər görən əmlak sahiblərinə kömək göstərir.

//Samir Qurbanov, Editor.az