Rusiya ordusu Xarkov vilayətinin Kupyansk bazarını bombaladı, tələfat varbackend

Rusiya ordusu Xarkov vilayətinin Kupyansk bazarını bombaladı, tələfat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 24-ü günorta saatlarında Rusiya ordusu Xarkov vilayətinin Kupyansk şəhərinə hava bombası atıb.

Bu barədə vilayət polisi məlumat yayıb. Nəticədə 12 nəfər yaralanıb və onlardan biri xəstəxanada ölüb. Daha səkkiz qadın və üç kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Vilayət prokurorluğundan bildirilib ki, ölən qadın 73 yaşlı yerli sakindir. Bundan əvvəl şəhər bazarındakı mağazanın yaxınlığında ODAB-1500 aviabombası partlayıb. Ticarət pavilyonları və köşklər zədələnib, ərazidəki qeyri-yaşayış binalarının şüşələri sındırılıb.

//Samir Qurbanov, Editor.az