Rusiya ordusu Xarkova raket və dronlarla hücum edibbackend

Rusiya ordusu Xarkova raket və dronlarla hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

4 fevral gecəsi Rusiya ordusu Xarkova raket və dronlarla hücum edib.
Mer İqor Terexovun sözlərinə görə, yaxınlıqdakı bir şəhərətrafı əraziyə və Saltovski rayonuna iki raket zərbəsi endirilib. Rusiyanın “Molniya” pilotsuz təyyarəsi də şəhərin eyni hissəsinə düşüb. Mer bildirib ki, Xarkovun Kiyev rayonunda işğalçının pilotsuz təyyarəsi infrastruktur obyektinə düşüb.
Son 24 saat ərzində şəhər intensiv atəşə tutulub.

Rusiya ordusu Xarkov 5 nömrəli İstilik Elektrik Stansiyasının, eləcə də Xarkov və Zalyutino elektrik yarımstansiyalarının vacib obyektlərini atəşə tutub. Nəticədə 929 obyekt istiliksiz qalıb, onlardan 853-ü yaşayış binasıdır(təxminən 105.000 abonent). Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Fevralın 3-ü axşamı Saltovski rayonunda dronun beşmərtəbəli yaşayış binasına dron hücumu nəticəsində binanın yuxarı üç mərtəbəsi yanıb.

//Samir Qurbanov, Editor.az