Rusiya bombasının Xarkovda hündürmərtəbəli binaya düşməsi nəticəsində zərərçəkənlərin sayı 30-a çatıb.
Editor.az bildirir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib. O qeyd edib ki, qurbanlar arasında 11 yaşlı uşaq da var. Daha bir uşaq isə dağıntılar altında qalıb. “Terrorçu ölkə tərəfindən öldürülən uşaq 11 yaşında idi.
O, ağır kəllə-beyin travması və sınıqlarla xilas edilib. Təəssüf ki, o xəstəxanada ölüb”- deyə o, əlavə edib.


