Rusiya ordusu Xersonda böyük itkilər veribbackend

Rusiya ordusu Xersonda böyük itkilər verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çaxnaşma içində olan rus işğalçıları qoşunlarını Xerson vilayətinə çəkir. İtkiləri çox böyükdür”.

Editor.az xəbər verir ki, bu barədə telemarafonun efirində Xerson Regional Dövlət Administrasiyası sədrinin birinci müavini Yuri Sobolevski deyib.

Onun sözlərinə görə, hadisə şahidləri düşmən texnikasının şərq istiqamətindən və Krımdan hərəkətini təsdiqləyir. Lakin Sobolevski rus komandanlığının bu cür hərəkətlərini qiymətləndirməkdən çəkinib. Onun sözlərinə görə, bu, düşmənin mövqelerini gücləndirmə cəhdi, ya da rotasiya hərəkətləridir.

Sobolevski Ukrayna əsgərlərinin böyük əks-hücumları nəticəsində işğalçıların Xerson istiqamətində böyük itkilər verməsi barədə məlumatları təsdiqləsə də, konkret rəqəm göstərməkdə çətinlik çəkib. “Təbii ki, konkret rəqəm yoxdur. Lakin onların hərbi hospitalının dolu olduğu barədə məlumatlar var. 90% əmin ola bilərsiniz, çünki ora giriş xeyli məhdudlaşdırılıb. Biz bilirdik ki, onlar buna hazırlaşırlar, çünki Berislavda ayrıca xəstəxana açıblar. Məlumlatlara görə, atıq orada da anşlaqdır”, – Sobolevski qeyd edib.

Onun sözlərinə görə, işğalçılar adamlardan canlı qalxan kimi istifadə etməkdə davam edir və bu səbəbdən təxliyə çağırışları vacibdir.

//Samir, Editor.az