Dnepr istiqamətində rus işğalçıları intensiv hücumlar həyata keçirir, Xersonu daha da təhdid etmək üçün adaları ələ keçirməyə çalışırlar.
Bu barədə telemarafonda Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin spikeri Vladislav Voloşin bildirib. Onun sözlərinə görə, cənubda (Zaporojye və Xerson vilayəti) düşmən həm Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə, həm də yaxınlıqdakı yaşayış məntəqələrinə raket, hava və pilotsuz uçuş aparatları ilə zərbələr endirir, hücum əməliyyatları həyata keçirir.
Düşmən müəyyən mövqeləri ələ keçirməyə çalışır və kiçik piyada qruplarında motosiklet, araba, kvadrosikl kimi yüksək sürətli maşınlardan istifadə etməklə kifayət qədər intensiv hücum əməliyyatları aparır…” – Voloşin bildirib.
//Samir Qurbanov, Editor.az

