Mayın 18-i axşam saatlarında Rusiya ordusu Xersonu atəşə tutub. Bu barədə Xerson Şəhər Hərbi Administrasiyası Telegram-da məlumat yayıb. İşğalçılar şəhərin yaşayış məntəqələrinə hücum ediblər.
Bir nəfər ölüb, üç nəfər yaralanıb: “75 yaşlı qadın düşmən mərmisinin birbaşa evinə düşməsi nəticəsində həyatla bir araya sığmayan xəsarətlər alıb”, – meriyanın açıqlamasında bildirilir. Bir kişi (76 yaş) və iki qadın (hər ikisi 53 yaşlı) xəstəxanaya aparılıb. Onların beyin sarsıntısı, partlayış və qapalı kəllə-beyin travmaları var.
Gecə saatlarında vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, ruslar Xersonun mərkəzi dairəsinə də hücum ediblər. O, Telegram-da yazıb: “Ən azı altı fərdi ev, bir qaraj və bir avtomobilə ziyan dəyib. Evlərin şüşələri və damları sındırılıb. Xoşbəxtlikdən tələfat olmayıb”.
//Samir Qurbanov, Editor.az