Oktyabrın 21-də səhər saatlarında Rusiya ordusu Zaporojyeni atəşə tutub.
Editor.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Onun sözlərinə görə, işğalçılar ballistik raketdən istifadə ediblər. Nəticədə şəhərin mərkəzində mülki infrastruktura – uşaq bağçasına, yataqxanaya, bir çox fərdi yaşayış evlərinə və hündürmərtəbəli binalara ziyan dəyib. Fyodorov bildirib ki, hazırda altı zərərçəkən məlumdur.
//Samir Qurbanov, Editor.az

