Sentyabrın 22-də axşam saatlarında Rusiya ordusu Zaporojyeni atəşə tutub.
Bu barədə gecə vilayət hərbi idarəsinin rəisi İvan Fedorov məlumat verib. Yaşayış məntəqəsi işğalçılar tərəfindən atəşə tutulub. Partlayış dalğası və dağıntılar yaxınlıqdakı evlərə ziyan vurub, yanğınlar baş verib. Son məlumatlara görə, 13 nəfər yaralanıb. Xilasedicilər yanan eyvanı və top atəşindən sonra yanan avtomobilləri söndürüblər.
“Suspilne Zaporijjya” xəbər verir ki, mərmilər yaşayış binaları ilə yanaşı, bir neçə iaşə obyektini də qismən məhv edib.
//Samir Qurbanov, Editor.az