Rusiya ordusunda başlanan “təmizləmələr” generallara qədər çatıbbackend

Rusiya ordusunda başlanan “təmizləmələr” generallara qədər çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunda başlanan “təmizləmələr” ən yüksək hərbi komandanlığa çatıb.

Editor.az bidirir ki, bu qənaətə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko gəlib. O, separatçı Yuri Eviçin yazısını dərc edib və yazıb ki, rus generalları bu yaxınlarda “ağır itkilərə görə” həbs ediliblər.

“Bu, olduqca məntiqlidir – bu, gec-tez baş verməli idi. İnsanlardan tutmuş avadanlıqlara qədər bütün itkilərə gec-tez cavab verilməli idi. Həmin proses isə artıq başlayıb”, – deyə Andryuşenko öz Telegram kanalında yazıb.

Merin müşaviri xatırladıb ki, dekabrın əvvəlində rus işğalçıları öz zabitləri üçün “Smerş”, sonra isə “Cəza batalyonu” yaratmışdılar. “İndi uğursuzluqlara görə generallar, qaçaqmalçılar və fərarilər dəstə-dəstə ön cəbhəyə atılır. Onlar buna “fırtına bölməsi” deyirlər. Tam İkinci Dünya Müharibəsinə işarədir”, – o əlavə edib.

//Samir Qurbanov, Editor.az