Rusiya ordusunda bir-birini qırırlarbackend

Rusiya ordusunda bir-birini qırırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun şəxsi heyəti arasında komandirlərdən narazılıq artır. Məhkəmələr onların güllələnməsinə dair kütləvi şəkildə hökm oxuyurlar.

Editor.az Milli Müqavimət Mərkəzinin məlumatına istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsində bölmə komandirləri tərəfindən tabeliyində olanlara qarşı zorakılıq hərəkətləri etmək tendensiyası müşahidə olunur.

Belə ki, Kursk vilayətində hərbi qulluqçuların kütləvi şəkildə öldürülməsi ilə bağlı qarnizon hərbi məhkəmələrinin çoxsaylı hökmləri qeydə alınıb. Komandirlər də vəzifə yerinə yetirərkən tabeliyində olanları güllələyirlər. Bu hallar qarşılıqlı düşmənçilik və ya hərbi qulluqçuların spirtli içki və ya narkotik vasitənin sərxoş vəziyyətdə olması ilə əlaqədar baş verir. “Son insident nəticəsində, bu ilin fevral ayının əvvəlində Kursk Qarnizonu Hərbi Məhkəməsi, ağır sərxoş vəziyyətdə tabeliyində olan bir qrupa atəş açan yüksək rütbəli zabiti 14 il müddətinə azadlıqdan məhrum etdi”, – MMM-dən bildiriblər.

//Samir Qurbanov, Editor.az