Rusiya ordusunda repressiyalara start verildi – Qərarı Vladimir Putin şəxsən özü veribbackend

Rusiya ordusunda repressiyalara start verildi – Qərarı Vladimir Putin şəxsən özü verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə naziri Sergey Şoyqunun istefasından sonra Rusiya ordusunun bir neçə yüksək rütbəli generalının həbsi, yüzlərlə insanın həbs olunacağı böyük “təmizləmə”nin yalnız başlanğıcıdır.

Editor.az “The Moscow Times”a istinadən xəbər verir ki, repressiyalar şəxsən Vladimir Putin tərəfindən sanksiyalaşdırılıb. Bu məlumatı jurnalistlərə Rusiya hökumətinin iki rəsmisi, Kremlə yaxın iki həmsöhbət, eləcə də Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib. Onların hamısı yalnız anonimlik şərti ilə danışmağa razılaşıblar. Müdafiə Nazirliyinə yaxın mənbənin sözlərinə görə, Müdafiə Nazirliyində “korrupsiya araşdırması” aprelin sonunda, Şoyqunun hələ nazir olduğu vaxtlarda başlayıb.

Onun işdən çıxarılmasından sonra artıq beş yüksək rütbəli zabit korrupsiya ittihamı ilə həbs edilib. Hazırda Müdafiə Nazirliyinin binasında araşdırma aparan xüsusi xidmət orqanlarının nümayəndələrinin sayı hərbçilərin özlərindən çoxdur. Ona görə də tezliklə həbs olunanların sayı daha çox olacaq – onlar “yüzlərlə insandan” danışırlar. Nazirlər Kabinetinin rəsmisinin sözlərinə görə, Müdafiə Nazirliyində korrupsiya sxemləri ilə bağlı həmişə “toplu materiallar” olub, hətta cinayət işləri də açılıb.

Lakin Şoyqu nazir olduğu müddətdə istintaqda irəliləyiş olmayıb. İndi, mənbələrə görə, xüsusi xidmət orqanları “Ukraynadakı müharibənin uğursuzluqlarının günahını ordunun üzərinə atmaq” istəyir.

//Samir Qurbanov, Editor.az