Rusiya ordusunda xidmət müqabilində Rusiya vətəndaşlığıbackend

Rusiya ordusunda xidmət müqabilində Rusiya vətəndaşlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasında “avtomatik olaraq” Rusiya vətəndaşlığını almaq istəyənlərə Rusiya ordusuna daxil olmaq təklif olunur.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 16-da Facebook-da məlumat verib: “Rusiya ərazisində Rusiya Federasiyası vətəndaşlığını almaq üçün növbədə olan əcnəbi vətəndaşlar könüllü olaraq Rusiya qoşunları sıralarına qoşullmağa və avtomatik olaraq Rusiya vətəndaşlığını almağa dəvət olunurlar”, – məlumatda deyilir.

Ukrayna hərbçilərinin sözlərinə görə, Moskvada “kommersiya strukturlarına 10 milyon rubl (təxminən 5,3 milyon qrivna) məbləğində vəsait köçürməklə bağlı təzyiq edilir.

Eyni zamanda, Rostov vilayətindəki Kadamovski poliqonunda Ukraynada hərbi əməliyyatlarda iştirak edən Rusiya işğalçı qüvvələrinin bölmələrinin hazırlanması və sonradan orduya cəlb edilməsi üçün səfərbər edilmiş birləşmələrin gəlməsi gözlənilir.

Bunlar ilk növbədə Ukraynada daim şəxsi heyət baxımından böyük itkilər verən “Vaqner” və “Bars” qruplaşmalarıdır”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı izah edib.

//Samir Qurbanov,Editor.az