Rusiya ordusunun ən dəhşətli KABUSU: “Ordunun hazırki vəziyyəti üçün təcili həll yolları axtarılır”backend

Rusiya ordusunun ən dəhşətli KABUSU: “Ordunun hazırki vəziyyəti üçün təcili həll yolları axtarılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibəsinin ilk günündən paytaxt Kiyevi işğal etməyə çalışan, lakin buna nail ola bilməyən Rusiyanın şərqdə sürətli qələbə qazanmağı planlaşdırdığı bildirilir.

Editor.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, bütün gücünü Ukraynanın şərqində cəmləşdirən Rusiyanın planları burada da istədiyi kimi getmir. Britaniya Silahlı Qüvvələrinin komandanı, admiral ser Toni Radakin Putinin Ukrayna planını poza biləcək problemlə üzləşdiyini iddia edib.

“Talk TV” yə müsahibə verən Radakin Rusiya ordusunun Ukraynaya hücum üçün istifadə etdiyi raketlərin tükənmək üzrə olduğunu açıqlayıb. Radakin Rusiyanın hücumlarının şiddətinin gündən-günə azaldığını deyib və qeyd edib ki, Rusiya Ukraynada logistik problemlərlə mübarizə aparır.

İngilis mətbuatı bu vəziyyəti Putinin ən dəhşətli kabusu kimi qələmə verib. Qeyd olunub ki, rus ordusunun hazırki vəziyyəti üçün təcili həll yolları axtarılır. Müharibənin taleyi Rusiyanın maddi-texniki problemlərini həll edib-etməməsindən asılı olacağı vurğulanıb.

Digər tərəfdən, İngiltərə müdafiə naziri Ben Uolles Finlandiyaya səfəri zamanı rus generalların Ukraynada qələbə qazana bilmədiklərinə görə bir-birlərinə arxa çevirdiklərini bildirib. Uolles qeyd edib ki, ölkənin yüksək səviyyəli hərbi zabitləri Putinin uğursuz işğalının günah keçisi olub və mümkün məğlubiyyətə görə bir-birini günahlandırmağa hazırdırlar.

Uzun müddətdir ki Rusiyanın 9 May Qələbə günü ilə bağlı edəcəkləri barədə fərziyyələr var idi. Bu gün isə bu məsələ ilə əlaqədar Kremldən açıqlama gəlib. Mayın 9-da Ukraynaya qarşı rəsmi müharibə elan ediləcəyi və milli səfərbərliyə hazırlıq görüləcəyi ilə bağlı iddialar təkzib edilib. Kremlin sözçüsü Dmitri Peskov iddiaları cəfəngiyyat adlandırıb.

Qeyd edək ki, Rusiya rəsmən Ukraynaya müharibə elan etməyib. Onlar Ukraynaya olan hərbi müdaxiləni “xüsusi hərbi əməliyyatlar” adlandırır.

Böyük Britaniyanın müdafiə naziri Uolles qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin mayın 9-da Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbəsini qeyd etdiyi zaman səfərbərlik elan edəcək. Bundan əlavə olaraq Putin Avropada nasistlərə qarşı birlik çağrıışı ilə də çıxış edəcək.

//Nəzərbəy, Editor.az