Rusiya ordusunun 11 snayperi əsir götürüldübackend

Rusiya ordusunun 11 snayperi əsir götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti Xarkov vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində düşmənin 11 snayperini əsir götürüb.

Editor.az xəbər verir ki, bu barədə UTX-nin spikeri Artem Dektyarenko məlumat verib. Onun sözlərinə görə, Xarkov vilayətində UTX-nin xüsusi əməliyyatı zamanı 11 rus snayperi əsir götürülüb. Saxlanılanlar “Ukrayna mövqelərini atəşə tutan” DXR-in “115-ci alayının” üzvəridir. Sözçü əlavə edib ki, Xmelnitski vilayətində UTX-nin hərbi əks-kəşfiyyatı bölgədə təxribat planlaşdıran düşmən qrupunu zərərsizləşdirib. Qrup rus kuratorları ilə əlaqə saxlayan üç nəfərdən ibarət olub və strateji əhəmiyyətli obyektlərə raket zərbələrinin videoçəkilişini də həyata keçiriblər.

Bundan əlavə, xüsusi xidmət orqanları Kiyev vilayətində daha iki nəfəri aşkar edərək saxlayıblar. İstintaqın məlumatına görə, onlar təcavüzkarların təcavüzkarın yerlərdə möhkəmlənməsinə, Buca rayonunda əl-qol açmasına, habelə ukraynalı vətənpərvərlərin qətlində və oğurlanmasında yaxından iştirak ediblər. URX rəsmisinin sözlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri UTX 140-dan çox düşmən snayperini məhv edib və 4000-ə qədər əməkdaşını ifşa edib.

Editor.az