Rusiya ordusunun “analoqu olmayan” – 40 milyon dollarlıq hərbi texnikası məhv edildibackend

Rusiya ordusunun “analoqu olmayan” – 40 milyon dollarlıq hərbi texnikası məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın “Buk-M3” hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasını məhv edib.

Editor.az bildirir ki, bu barədə Cənub Müdafiə Qüvvələrinin rəsmi Telegram kanalında məlumat verilib.

“Analoqu olmayan” silahları ilə öyünən ordu Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinə məğlubiyyətin dərinliyini biləcək. Bundan sonra onların nəinki analoqu, hətta bəzi mövqelərdə orijinalları da yoxdur”, – hesabatda deyilir.

Ukrayna hərbçilərinin “Buk-M3” hava hücumundan müdafiə sistemindəki radiolokasiya stansiyasını və raket yönləndiricisini məhv etmələri süsusi olaraq qeyd edilir.

 //Samir Qurbanov, Editor.az