Xeyli itki verdiyinə görə rus işğalçılarının bölmələri Ukraynanı tərk edir.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. “Məlumata görə, Qərb Hərbi Dairəsinin 6-cı Birləşmiş Silahlı Qüvvələrinin 138-ci əlahiddə mexanikləşdirilmiş briqadasının bölmələri Xarkov vilayəti ərazisində xeyli itki verərək, Ukrayna ərazisindən çıxarılıb və bərpa olunmaq üçün Rusiya Federasiyasının Belqorod şəhərinə aparılıb”. Məlumatda o da bildirirlir ki, müqavilə üzrə hərbi xidmət keçən şəxsi heyətin əhəmiyyətli hissəsi təxris olunmaq üçün ərizə yazıblar.
Editor.az

