Rusiyanın Donetsk vilayətinin Konstantinovka bölgəsinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 10-a çatıb, daha 35 nəfər yaralanıb.
Editor.az bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko öz Telegram kanalında məlumat verib. “1 min kvadratmetr sahəsi olan ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Hadisə yerində operativ xidmətlər: Fövqəladə Hallar Xidməti, təcili tibbi yardım briqadası cəlb olunub”, – deyə o yazıb. Yaşayış binaları, mağazalar və ondan çox avtomobilə də ziyan dəyib. Dağıntılar altında çox sayda insanın qaldığı ehtimal edilir.
//Samir Qurbanov, Editor.az