Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibədə dinc ukraynalıların öldürülməsinin yeni görüntüləri üzə çıxmaqda davam edir.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Kiyev vilayətinin Buça şəhərində rus ordusunun mülki vətəndaşı atəşə tutması anlarının görüntüsü yayılıb. Pilotsuz uçuş aparatı ilə lentə alınan görüntülərdə küçədə gedən ukraynalının tankdan vurulduğu görülüb.
Ukraynanın baş prokuroru İrina Venicetova Kiyev vilayətinin Buça, İrpin və Qostomel kimi şəhərlərində mülki vətəndaşların ölümləri ilə bağlı açıqlama verib:
“Müharibənin ilk günlərindən ukraynalılara qarşı törədilən soyqırımlara görə prokurorluq və kəşfiyyat orqanları olaraq birgə əməkdaşlıq edirik. Kiyev vilayətindən 410 mülki şəxsə aid cəsəd çıxarılıb. Mən də daxil olmaqla 140 ekspert tibbi-ekspertiza işlərində iştirak edirik. Hüquq-mühafizə orqanları Rusiyanın hərbi cinayətlərinin sənədləşməsi prosesini həyata keçirir”.
//Editor.az

