Rusiya ordusunun hücumundan sonra Xarkovda ölənlərin sayı artdıbackend

Rusiya ordusunun hücumundan sonra Xarkovda ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğalçı qüvvələri aprelin 6-na keçən gecə Xarkov şəhərinə hücum edib.

Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubovun sözlərinə görə, düşmənin gecə endirdiyi zərbələr nəticəsində 6 nəfər ölüb, ən azı on nəfər yaralanıb: “Ən azı 10 nəfər yaralanıb, insanlar partlayış və qəlpə yaraları alıb. Yaralıların vəziyyəti yüngül-orta ağırdır”, – deyə rəsmi bildirib.

Sinegubovun sözlərinə görə, rus işğalçıları hündürmərtəbəli binalara, yanacaqdoldurma məntəqəsinə, mağazaya və avtomobilə ziyan vurub. Bütün düşmən hədəfləri yalnız mülki obyektlərdir. İndi bütün xidmətlər rus terrorunun nəticələrini aradan qaldırır.

//Samir Qurbanov, Editor.az