Rusiya ordusunun Kiyevə raket hücumunun kadrları yayıldıbackend

Rusiya ordusunun Kiyevə raket hücumunun kadrları yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-də səhər saatlarında Rusiyanın raket zərbəsindən sonra Kiyevin Qoloseyevski rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının kadrları yayılıb.

Editor.az bildirir ki, kadrlar “Suspilne” tərəfindən yayımlanıb. “Qoloseyevski rayonunda 18 mərtəbəli binada dağıntılar var – Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri insanları təxliyyə edir və yanğını söndürür.

Dağıntılar altında ölənlərin olması ehtimalı var”, – daxili işlər naziri İqor Klimenko bildirib.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, saat 10:00-a olan məlumata görə, raket hücumu nəticəsində paytaxtda ümumilikdə 13 nəfər xəsarət alıb. “Onlardan 10-u, o cümlədən hamilə qadın Qoloseyevski rayonunda xəstəxanaya yerləşdirilib.

Üç nəfər Dnepr rayonunda xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, birinə isə yerindəcə həkimlər tərəfindən tibbi yardım göstərilib”, – o yazıb.

//Samir Qurbanov, Editor.az