Rusiya ordusunun təkibində Ukraynaya qarşı vuruşan 45 hindistanlı qovulubbackend

Rusiya ordusunun təkibində Ukraynaya qarşı vuruşan 45 hindistanlı qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 45 Hindistan vətəndaşı Rusiya ordusundan qovulub.

Daha 50 hindistanlı Rusiya ordusunda hərbi xidmətini davam etdirir və Ukraynada döyüş əməliyyatlarında iştirak edir. Departament əlavə edib və dəqiqləşdirib ki, Yeni Dehli onları işdən çıxarmaq və vətənlərinə qaytarmaq üçün səy göstərir.

Mayın əvvəlində Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) insan alverində və yerli sakinlərin Rusiya ordusuna cəlb edilməsində şübhəli bilinən 4 nəfərin həbs edildiyini açıqlamışdı. Departamentin məlumatına görə, hindistanlıları aldadaraq Ukraynadakı döyüş zonasına göndəriblər. İyul ayında NDTV Rusiya ordusunda xidmət edən və xüsusi əməliyyatda iştirak edən hindistanlıların işdən çıxarılaraq Hindistana qaytarılacağını yazmışdı.

Telekanal qeyd edib ki, baş nazir Narendra Modi iyulun 8-9-da Rusiyaya səfəri zamanı prezident Vladimir Putinlə söhbətində bu məsələni müzakirə edib. Rusiyanın Yeni Dehlidəki səfirliyi bəyan edib ki, Rusiya hakimiyyəti heç vaxt Hindistan vətəndaşlarını Rusiya Federasiyasında hərbi xidmətə cəlb etmək üçün heç bir ictimai və ya gizli kampaniyada iştirak etməyib. Qeyd olunub ki, hər iki ölkənin idarələri Rusiyada könüllü olaraq hərbi xidmətə gedən Hindistan vətəndaşlarının operativ şəkildə müəyyən edilərək azad edilməsi istiqamətində iş aparır. Bildirilib ki, 2024-cü ilin aprelindən xarici vətəndaşların Rusiyada xidmətə qəbulu dayandırılıb.

//Samir Qurbanov, Editor.az