Rusiya ordusunun Ukraynadakı hədəfi dəyişibbackend

Rusiya ordusunun Ukraynadakı hədəfi dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna torpaqlarının işğal etməsinin 31-ci günündə Rusiya ordusu hədəfini dəyişərək Donbasın müstəqilliyi üçün mübarizə aparacağını açıqlayıb. Editor.az “TV 100” ə istinadən xəbər verir ki, bu bəyanat Rusiyanın taktikasını dəyişməsi kimi şərh edilib. Rusiya Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi, general Sergey Rudskoy mövzu ilə bağlı verdiyi açıqlamasında “Qüvvələrimiz əsas məqsədə, o da Donbasın tamamilə müstəqil olmasına yönələcək” -deyə bildirib.

“Əməliyyatın birinci hissəsinin məqsədinə nail olunub və Ukrayna ordusunun gücü xeyli dərəcədə zəifləyib. Bu isə bizim əsas hədəfimizə köklənməyimiz üçün bir səbəb olub.”-deyə Rudkoy bildirib.

Qeyd edək ki, bəzi ekspertlərin fikrincə Rusiyanın taktikasında dəyişiklik etməsinin əsas səbəbi Ukraynanın cənubunda və şərqində bəzi bölgələri işğal etməsinə baxmayaraq digər bölgələrdə ciddi müqavimətlə qarşılaşmasıdır.

//Nəzərbəy Hacıağayev, Editor.az